Lənkəran şəhəri, Mir Mustafa xan küçəsinin asfalt örtüyü yararsız hala düşüb. Bununla bağlı sakinlər bu gün, 16 avqust tarixində Cenublu.az-a müraciət ediblər.
Sakinlərin sözlərinə görə, bir müddət öncə su xətti çəkilərkən küçədə qazıntı işləri aparılıb:
“O vaxtdan bəri yolumuz bu vəziyyətdədir. Gün ərzində onlarla avtomobilə bu yolda ziyan dəyir. Xahiş edirik aidiyyəti qurumlardan, küçənin asfalt örtüyünü təmir etsinlər”.