Qayınanasını dişləyən gəlinə cinayət işi açılıb.
Hadisə Astaranın kəndlərindən birində qeydə alınıb.
Kənd sakini 45 yaşlı Səbinə Kərimova ilə qayınanası arasında mübahisə olub. Mübahisə zamanı Səbinə qayınanası Sudabəni dişləyərək, ona xəsarət yetirib.
Fakt əsasında Səbinə polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, tez-tez qayınanası ilə aralarında dava olur. Sonuncu dava zamanı Sudabə onun saçlarından tutub döymək istəyərkən, ayağından və döş qəfəsindən dişləyib. O, emosional vəziyyətdə bu hadisəni törətdiyini və əməlindən peşman olduğunu bildirib.
Zərərçəkənin sözlərinə görə, hazırda gəlini ilə barışıblar və ona qarşı şikayəti yoxdur. Buna görə də hər iki tərəf cinayət işinə xitam verilməsini istəyib.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Səbinə məsuliyyətdən azad olunub.
Adlar şərtidir.
Mənbə: modern.аz