Astara şəhərində işsiz və işaxtaran şəxslər üçün əmək yarmarkası keçiriləcək.
Cenublu.az xəbər verir ki, əmək yarmarkası Lənkəran-Astara Regional Məşğulluq filialının təşkilatçılığı ilə 24 sentyabr tarixində, saat 10:00-da baş tutacaq.
Yarmarka Astara şəhəri, Cəmil Qurbanzadə küçəsində yerləşən "Maricel Astara Resort" hotelində keçiriləcək.
Yarmarkada iştirak etmək istəyən namizədlərdən şəxsiyyət vəsiqələrini təqdim etmələri tələb olunur. Namizədlərin özləri ilə CV nümunəsi gətirmələri də tövsiyə edilir.
Tədbir zamanı mövcud vakansiyalar, iş öhdəlikləri və əmək şərtləri barədə ətraflı məlumat iştirakçılara təqdim olunacaq.