Ötən gün Bakı-Quba magistralının Sumqayıt şəhəri ərazisində yolu keçmək istəyən kişini avtomobil vuraraq öldürüb.
Cenublu.az xəbər verir ki, qəzada həyatını itirən şəxsin Azərbaycan Ordusunun kapitanı Elxan Tofiq oğlu İsayev olduğu müəyyənləşib.
Biləsuvar rayonunun Aşağı Cürəli kəndindən olan Elxan Vətən müharibəsində iştirak edib, döyüşlərdə yaralanıb. Göstərdiyi şücaətlərə görə çoxsaylı medallarla təltif olunub.
Onun nəşi bu gün doğma kəndində torpağa tapşırılıb.