Bakı-Astara sərnişin qatarı nə vaxt fəaliyyətə başlayacaq?
Bakı-Astara marşrutu üzrə sərnişin daşımalarının bərpa ediləcəyi tarix açıqlanıb.Bu barədə "Oxucu soruşur" verilişində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev məlumat verib.O bildirib ki, artıq həmin istiqamətində dəmir yolu xəttinin bərpasına başlanılıb:"Hazırda Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin təmir-bərpa işləri gedir. 2027-2028-ci illər ərzində dəmir yolunun bərpası başa çatacaq. Növbəti mərhələdə qatar parkının yenilənməsindən sonra Bakı-Astara marşrutu üzrə sərnişin daşımaları bərpa edilə bilər. Hazırda bu xətlə yük daşımaları həyata keçirilir".Mənbə: oxu.аz