Lənkəranda gecə saatlarında 30 yaşlı kişinin meyiti tapılıb.
Cenublu.az xəbər verir ki, kənd sakini, 1996-cı il təvəllüdlü Tacəddin Həbibovun meyiti rayonun Qumbaşı kəndi ərazisində yaşadığı həyətdə aşkarlanıb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.