Cəlilabad rayonunun Adnalı kənd sakini, altı aylıq hamilə qadının bətnində dölün öldüyü müəyyən edilib.
Cenublu.az xəbər verir ki, Aygün Əhmətli səhhətində yaranan problemlə əlaqədar Lənkəran Regional Perinatal Mərkəzə müraciət edib.
Həkimlərin müayinəsi zamanı qadının bətnindəki dölün öldüyü müəyyənləşdirilib. Daha sonra tibbi müdaxilə ilə döl qadının bətnindən çıxarılıb.
Hazırda Aygün Əhmətlinin vəziyyətinin normal olduğu bildirilir.
Qeyd edək ki, Aygün Əhmətli iki övlad anasıdır və bu, onun üçüncü hamiləliyi olub.