Cəlilabad rayonunun Soyuqbulaq kənd sakinlərinin elektrik xətləri ilə bağlı 1 il əvvəl səsləndirdiyi şikayət hələ də həllini tapmayıb.
Cenublu.az xəbər verir ki, ötən il kənd sakinləri elektrik xətlərinin köhnə və yararsız vəziyyətdə olmasından, qəzalı dirəklərdən narazılıq etmişdilər. Vətəndaşların sözlərinə görə, küləkli hava zamanı elektrik enerjisinin verilişində tez-tez fasilələr yaranır.
Sakinlər aidiyyəti qurumlardan elektrik xətlərinin tam yenilənməsini, qəzalı dirəklərin dəyişdirilməsini və problemin təcili həll olunmasını tələb edirlər.