Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən "Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları" mövzusunda təlim keçirilib.
Bildirilib ki, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması olub.
Təlim zamanı şərti olaraq baş vermiş nəqliyyat qəzası ilə əlaqədar "hadisə yerinə" operativ çatan xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə "deformasiyaya uğramış" avtomobildən "zərərçəkmişləri xilas edərək" onlara "təxirəsalınmaz ilkin yardım göstəriblər".
Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.