Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Cenublu.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb. 1989-cu il təvəllüdlü Elvin Məhərrəmov idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin, 1996-cı il təvəllüdlü Elnur Rüstəmov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü xəsarət alıb və İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.