Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhid ailələrinin evinə gedən küçələrin təmiri haqda tapşırıq verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 avqust tarixində verir.
Belə ki, rayonunun Ərəb kəndində şəhid Qurbanov Masim Hafiz oğlunun yaşadığı evə gedən 450 metrlik, Xallıcallı kəndində isə l Qarabağ müharibəsi şəhidi Elşad Rəhman oğlu Qarayevin ailəsinin yaşadığı evə gedən 300 metrlik küçələr təmir olunaraq asfaltlanıb.