Lənkəran şəhəri, M.M. Axundov küçəsinin xəndəyi uçub. Bununla bağlı sakinlər bu gün, 24 iyul tarixində Cenublu.az-a müraciət ediblər.
Belə ki, Şilavar dördyol adlanan ərazinin yanında yerləşən xəndək uçduğundan oradan su keçmir.
Lənkəran Kommunal Xidmətlər İdarəsindən bildirildi ki, məsələdən xəbərdardırlar və artıq əraziyə baxış keçirilib.
“Yaxın zamanda problem aradan qaldırılacaq”, - deyə qurumdan əlavə edilib.