Lənkəran şəhəri, Mirhaşim Ağayev və Mirzə Ələkbər Sabir küçələrinin kəsişməsindəki yolda çuxurlar əmələ gəlib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 mart tarixində verir.
Sakinlərin sözlərinə görə, yolda əmələ gələn çuxurlar o qədər dərindir ki, avtomobillərinə ziyan dəyir. Həmçinin yağıntılı hava şəraitində çuxurlar su ilə dolur və yoldan keçən piyadaların üst-başı palçıq olur.
[URIS id=34621]