Lənkəran sakinləri yollarla bağlı bu gün, 18 avqust tarixində Cenublu.az redaksiyasına müraciət ediblər.
Belə ki, şəhərin mərkəzi küçələrindən biri hesab edilən Əli Məmmədov küçəsi təmir işləri ilə bağlı qazılıb, lakin bir aya yaxındır ki, yolda təmir işlərinə başlanılmayıb.
“Əli Məmmədov sakinlər tərəfindən daima istifadə olunan küçələrdən biridir. Burada poçt, universitet, bir çox iaşə obyektləri yerləşir. Lakin buna baxmayaraq, artıq bir aydır ki, bu küçəni qazıblar, amma təmir etməyiblər. Şəhərin mərkəzində hərəkət etmək olmur. Çuxurlu yollarda avtomobillərimiz ziyan görür. Xahiş edirik, aidiyyəti qurumlar məsələni nəzarətdə saxlasınlar”, – deyə sakinlər bildiriblər.