Lənkəran rayonu Girdəni kəndinin piyada yolu palçıq içindədir. Bu haqda məlumatı bu gün, 26 yanvar tarixində Cenublu.az verir.
Belə ki, Girdəni kəndinin girəcəyində piyada yolunun palçıqlı olması sakinləri və kəndə iş üçün gələnləri narahat edir.
Qeyd edək ki, ətrafda Azərenerji, Azəriqaz, Azərişıq, DAİM, sürücülük məktəbi və digər müəssisələr yerləşir. İşçilər hər gün məcburən palçıqlı yolla işə getməli olurlar.
[caption id="attachment_9803" align="alignnone" width="300"]
Foto Cenublu.az[/caption]