top
Fərrux dağında itkin düşən 62 hərbçidən biri - 34 ildir ailəsi onun taleyindən xəbər gözləyir
31 avqust 2026, 16:29
- +

Fərrux dağında itkin düşən 62 hərbçidən biri - 34 ildir ailəsi onun taleyindən xəbər gözləyir

Bəzi gözləntilərin sonu olmur. İllər keçir, insanlar yaşlanır, bir zamanlar gələn məktublar saralır, amma bir ailənin ümidi dəyişmir. 34 ildir Əlibala Abdullayevin ailəsi onun taleyindən xəbər gözləyir.

Əlibala Abdullayev 1973-cü il fevralın 27-də Neftçala rayonunun Abasallı kəndində anadan olub. Doqquzuşaqlı ailənin beş bacıdan sonra dünyaya gələn oğlu olub.

"Əlibala doğulanda 12 qurban kəsmişik. Onun dünyaya gəlişi ailəmiz üçün ayrıca bir sevinc idi", – deyə bacısı Məsmə Bağırova xatırlayır.

Orta məktəbi başa vurduqdan sonra hərbi xidmətə çağırılan Əlibala 1991-ci ilin iyul ayından Leninqrad şəhərində hərbi xidmət keçib. Sovet İttifaqının dağılmasından sonra Azərbaycana qayıdan Əlibala hərbi xidmətini doğma Vətənində davam etdirmək qərarına gəlib. 1992-ci il iyunun 29-da könüllü olaraq hərbi xidmətə başlayıb. Həmin ilin iyul ayından Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib. 20 Yanvar batalyonunun tərkibində döyüşən Əlibala qısa müddət ərzində ağır döyüş yolu keçib. Onu tanıyan hər kəsin xatirəsində sakit təbiətli, məsuliyyətli, intizamlı və Vətən qarşısında borcuna sadiq hərbçi kimi qalıb.

Əlibalanın döyüşə getmək istəyi isə hələ 1991-ci ildə, hərbi xidmətdən qayıtdıqdan sonra daha da güclənib. Xocalıda baş verən faciə Əlibalanı dərindən sarsıdıb. Ailə üzvlərinin sözlərinə görə, o, baş verənləri günbəgün izləyir, Qarabağda döyüşmək və şəhid olan insanların qisasını almaq istəyirdi.

"1991-ci ildə əsgərlikdən qayıdandan sonra Xocalı hadisələrini görüb heç cür özünə yer tapa bilmirdi. Orada öldürülənlər, o faciə – hər şeyi günbəgün izləyirdi. Gedib-gəlib deyirdi ki, mən də döyüşmək istəyirəm, qisasımızı almaq istəyirəm. Vallah, onun içində Qarabağ sevgisi başqa cür idi, tamam başqa idi", – deyə Məsmə Bağırova bildirir.

Əlibalanın harada xidmət etdiyini isə ailəsi ilk vaxtlar dəqiq bilməyib. Müxtəlif vaxtlarda onun Şıxovda və Ağdamda olduğu barədə məlumat verilib. Sonradan onun Ağdam rayonunun Əhmədağalar kəndində yerləşən 20 Yanvar batalyonunda xidmət etdiyi məlum olub.

Ailə Əlibalanı axtarır, onun harada olduğunu öyrənməyə çalışırdı. Həmin illərdə informasiya qıtlığı və qarışıq vəziyyət səbəbindən onun taleyi barədə konkret məlumat almaq çətin idi.

"Onun döyüş yolu çox ağır olub. Biz onu nə qədər axtardıq, çox yerlərə müraciət elədik. Hərbi komissarlığa gedirdik, müraciətlər edirdik ki, bilək ki, haradadır, harada döyüşür, necədir? O vaxt vəziyyət indiki kimi deyildi, qarışıq idi. Ona görə də bizə konkret söz deyən yox idi. Bircə sentyabrın 8-i bizə məlumat gəldi ki, Ağdamdadır", – deyə şəhidin bacısı söyləyir.

Döyüşlərdə olduğu müddətdə Əlibala ailəsinə məktublar yazırdı. Hər məktub uzaqda olan oğuldan, qardaşdan gələn bir xəbər idi. Onun son məktublarından biri sentyabrın 8-9-da yazılmışdı. Lakin həmin məktub ailəsinə Əlibala itkin düşəndən sonra çatıb. Ailə həmin məktubların hamısını qoruyub saxlayıb. İllər keçsə də, həmin məktublar onlar üçün sadəcə kağız parçası deyil. Hər bir məktub Əlibalanın səsinin, nəfəsinin, ailəsinə bağlılığının və yarımçıq qalan ömrünün yadigarıdır.

1992-ci ilin sentyabrında Ağdam istiqamətində, o cümlədən Xocalının Fərrux kəndi və yüksəkliyi uğrunda gedən döyüşlər Azərbaycan hərbçiləri üçün ağır itkilərlə nəticələnib. Birinci Qarabağ müharibəsi zamanı Fərrux kəndi və yüksəkliyi uğrunda döyüşlərdə 62 Azərbaycan hərbçisi itkin düşüb. Onların arasında Əlibala Abdullayevin də olduğu 11 hərbçi sentyabrın 19-da gedən döyüşdən sonra bir daha geri qayıtmayıb.

Həmin gün Əlibalanın doğmaları başqa bir hadisəyə – toy mərasiminə hazırlaşırdılar. Yaxın qohumlarının sentyabrın 19-da toyu olmalı idi. Əlibalanın Ağdamda olduğunu öyrənən ailə onu da toya gətirmək istəyirdi.

Ailənin həmin günlərdə yaşadığı başqa bir hadisə isə illər sonra belə yaddaşlardan silinməyib. Toydan bir gün əvvəl Əlibalanın bacısı yuxuda qardaşını görüb.

Atası Ağdama çatanda isə Əlibalanı gətirmək ümidi ağır xəbərlə əvəzlənib.

"Atam da getdi Ağdama. Ona orada dedilər ki, Əlibala və bir qrup əsgər Fərrux dağına tərəf döyüşə gediblər, amma hələ qayıtmayıblar. 11 nəfər olublar. Heç bir iz olmadan, qansız-qadasız yoxa çıxıblar, elə bil ki, onları bir andaca oradan götürüblər. Onunla birlikdə həmin döyüşdə 10 nəfər də itkin düşmüşdü. Biz hər yerdə axtarırdıq. Batalyonun qərargahına gedirdik, komandirlərindən soruşurduq. Amma Əlibala və onun döyüş yoldaşları barədə heç bir məlumat əldə edə bilmirdik". - deyə o bildirir.

Əlibala Abdullayevə şəhid statusu verilib. Lakin onun döyüş zamanı itkin düşməsindən 34 il keçməsinə baxmayaraq, bu günədək onun taleyi və nəşinin yeri barədə dəqiq məlumat yoxdur.

Əlibalanın valideynləri isə ömürlərinin sonuna qədər oğullarının yolunu gözləyiblər.

Şəhid bacısı deyir: "Anam, atam onun yolunu gözləyərək dünyasını dəyişdi. Hətta anam onun şəklinə baxa-baxa getdi. Ardınca isə atamı itirdik. İndi hər ikisinin başdaşının şəklinin ortasında Əlibalanın da şəkli var".

İllər keçdikcə valideynlər qocaldı, sonra dünyadan köçdülər. Amma Əlibalanın ailəsi üçün gözlənti bitmədi. Onun adı ailədə həm şəhidliyin, həm də 34 ildir cavabı tapılmayan bir sualın rəmzinə çevrildi. Bu gün ailənin əlində Əlibaladan qalan bir neçə qiymətli yadigar var – illər əvvəl döyüş bölgəsindən yazdığı məktublar, xatirələr və şəkillər. Saralmış məktublar 34 il əvvəlki bir həyatın izlərini qoruyur. Hər sətirdə ailəsindən uzaqda olan bir oğulun, qardaşın səsi duyulur.

Bəzən bir məktub illərin sükutunu yarır. Bəzən isə bir məktub insanın geridə qoyduğu ömrün ən son izinə çevrilir. Əlibalanın ailəsi həmin məktubları bu gün də qoruyur. Çünki onların hər birində 34 il əvvəl döyüşə gedən bir oğulun səsi var. 34 il əvvəl son dəfə döyüşə gedən Əlibalanın ailəsi isə hələ də onun haqqında yeni bir xəbər eşidəcəyi günü gözləyir.

Çünki bəzi gözləntilərin sonu olmur...

Mənbə: AZERTAC

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:00

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 12:20

Elm və təhsil nazirinin Yardımlıdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Kriminal
Bu gün, 11:40

Yasda qadınlarla yazışan kişi arvadını vəhşicəsinə döydü - Cinayət işi AÇILDI

Bütün xəbərlər
Bu gün, 11:00

Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir

Bütün xəbərlər
Bu gün, 10:30

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:56

Biləsuvar və Cəlilabadın bəzi ərazilərində işıq olmayacaq

Bütün xəbərlər
Bu gün, 09:18

Bu gün Masallıdan olan aktyor Bahadur Əliyevin xatirəsi anılır

Kriminal
Dünən, 19:00

Qardaşı öləndən sonra onun arvadı ilə evlənib - qızına qarşı da əxlaqsızlıq edib

Bütün xəbərlər
Dünən, 18:30

Yardımlı İcra Hakimiyyətində əməliyyat – həbs olunanlar var

Bütün xəbərlər
Dünən, 18:04

Ayaz Əsgərov Yardımlıdan getdi: sakinlər son bir ildə nədən narazı idilər? - CENUBLU.AZ-in ARAŞDIRMASI

Bütün xəbərlər
Dünən, 17:30

Magistral yolda ayağını pəncərədən çıxaran sürücü CƏZALANDIRILDI

Bütün xəbərlər
Dünən, 16:50

Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:16

Yardımlının İcra başçısı vəzifəsindən azad edilib

Bütün xəbərlər
Dünən, 16:00

Yardımlıda İlk Tunc dövrünə aid kurqanda arxeoloji qazıntılar aparılıb

Bütün xəbərlər
Dünən, 15:30

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:50

Bu dövlət qulluğuna işə qəbul imtahanının qaydaları dəyişdirildi

Bütün xəbərlər
Dünən, 14:15

Cəlilabadda yaşayış evi yanaraq məhv olub

Bütün xəbərlər
Dünən, 13:40

Lənkəranda dəmiryolu relslərini oğurlayan dəstə TUTULDU

Bütün xəbərlər
Dünən, 13:05

Astarada təmir işləri aparan 74 yaşlı kişi yıxılaraq ölüb

Kriminal
Dünən, 12:36

Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:00

Sabirabadda uşaq ölü doğulub

Bütün xəbərlər
Dünən, 11:30

Neftçalalı polkovnik Azər Rüstəmov vəfat edib

Bütün xəbərlər
Dünən, 11:00

Astarada 3 kəndin qaz təchizatında fasilə yaranıb

Bütün xəbərlər
Dünən, 10:30

Cəlilabad və Masallıda güclü duman: görünüş məsafəsi 100 metrdir

Oxşar xəbərlər