top
Cənub bölgəsində çayətrafı ərazilərdə subasma riskinə qarşı qabaqlayıcı tədbirlər görülür
30 yanvar 2026, 17:30
- ↺ +

Cənub bölgəsində çayətrafı ərazilərdə subasma riskinə qarşı qabaqlayıcı tədbirlər görülür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son günlər ölkə ərazisində müşahidə olunan qarlı hava və ardınca temperaturun yüksəlməsi Cənub bölgəsinin çaylarında bol sululuq yaradıb. Xüsusilə dağlıq ərazilərdə qarın sürətlə əriməsi nəticəsində çaylara daxil olan suyun həcmi artıb. Bu baxımdan Cəlilabad rayonundan keçən Mişarçayda da suyun səviyyəsinin artımı müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, əsasən yağış və qar suları ilə qidalanan Mişarçay Cəlilabad rayonunun bir sıra yaşayış məntəqələri və əkin sahələri üçün mühüm su mənbəyi hesab olunur. Son günlər müşahidə edilən yağıntılar və qarın intensiv əriməsi nəticəsində çayın su səviyyəsində nəzərəçarpacaq artım qeydə alınıb. Çay üzərində yerləşən 4 su anbarı və 2 sututarda da suyun həcmi yüksək həddə çatıb.

Məsələ ilə bağlı Su Meliorasiya Sistemləri İdarəsinin əməkdaşı Rafiq Allahverdiyev bildirib ki, yaranmış vəziyyət diqqətlə izlənilir və bütün ərazi tam nəzarətə götürülüb. Onun sözlərinə görə, mümkün risklərin qarşısının alınması məqsədilə aidiyyəti qurumlar tərəfindən qabaqlayıcı tədbirlər görülür: "Hazırda Cəlilabad şəhəri və Göytəpə ərazisində yerləşən su anbarları nəzarət altındadır. Anbarlarda ehtiyat sahə saxlanılır, suyun həcmi tənzimlənir. Məqsəd aşağı ərazilərdə subasma hallarının qarşısını almaqdır. Suyun gəlişi və çıxışı daim monitorinq edilir, vəziyyət dəyişərsə, dərhal operativ tədbirlər görüləcək".

Yağıntılardan sonra yalnız Mişarçayda deyil, Cənub bölgəsində yerləşən digər çaylarda da bol sululuq müşahidə olunur. Mütəxəssislərin fikrincə, hazırkı mərhələdə çaylarda suyun səviyyəsi təhlükəli həddi aşmasa da, qarşıdakı günlərdə intensiv yağıntıların davam etməsi və temperaturun yüksəlməsi nəticəsində qarın ərimə prosesinin sürətlənməsi riskləri artıra bilər.

Bununla əlaqədar olaraq, əkin sahələrinin, həyətyanı torpaq sahələrinin və yaşayış məntəqələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət tədbirləri gücləndirilib. Əraziyə əlavə texnikalar cəlb edilib, çay məcraları və suötürücü qurğular yoxlanılır. Yerli sakinlərə isə ehtiyatlı olmaları, çay məcralarına yaxın ərazilərdə təhlükəsizlik qaydalarına əməl etmələri tövsiyə olunur.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:53

Lənkəranlı şəhidimizin xatirəsi yad edilir

Bütün xəbərlər
Bu gün, 16:53

Lənkəranlı şəhidimizin xatirəsi yad edilir

İqtisadiyyat
Bu gün, 15:23

Azərbaycana 9 ayda 64,6 milyon dollarlıq çay idxal olunub

Kriminal
Bu gün, 14:30

Cəlilabadın kənd bələdiyyəsinin sədrinin şikayəti rədd edildi

Bütün xəbərlər
Bu gün, 12:24

DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Bütün xəbərlər
Bu gün, 11:26

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 09:42

Ali təhsilli işsiz gənclərin sayı 9 mini keçib

Bütün xəbərlər
Bu gün, 00:05

24 oktyabr 2020-ci il: Vətən müharibəsinin 28-ci günü

Kriminal
Dünən, 17:56

Tiktoker "İsican" həbs edildi

Bütün xəbərlər
Dünən, 17:00

Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi

Bütün xəbərlər
Dünən, 16:13

Lerikdə yaşıllıqların qanunsuz kəsilməsi faktı aşkar olunub

Bütün xəbərlər
Dünən, 15:38

Lerikli JONY-də nadir xəstəlik aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:55

Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:17

Salyanda mikroavtobus yanaraq kül oldu

Bütün xəbərlər
Dünən, 10:59

Neftçalada traktor velosipedçini vurub öldürdü

Bütün xəbərlər
Dünən, 09:38

Salyanda kişini cərəyan vurub öldürdü

Bütün xəbərlər
Dünən, 00:05

23 oktyabr 2020-ci il: Vətən müharibəsinin 27-ci günü

Bütün xəbərlər
22 oktyabr 2026, 18:00

Lənkəranda çay sahili zibilliyə çevrilib

Bütün xəbərlər
22 oktyabr 2026, 17:25

19 yaşlı şəhidimizin ad günüdür

Siyasət
22 oktyabr 2026, 16:58

Yardımlının yeni icra başçısını hansı problemlər gözləyir? Təhlükəli yol, kəndlərin dərdi və korrupsiya işi – CENUBLU.AZ-in ARAŞDIRMASI

Cəmiyyət
22 oktyabr 2026, 16:11

Masallıda narkomaniyaya qarşı maarifləndirici aksiya təşkil olunub

Bütün xəbərlər
22 oktyabr 2026, 15:35

Sabah hava necə olacaq?

Bütün xəbərlər
22 oktyabr 2026, 15:00

Salyanda 3 ildir yol problemi həll olunmur: ŞİKAYƏT

Oxşar xəbərlər