Cəlilabad şəhərinin mərkəzində avtomobil yanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 noyabr tarixində Apa.az-a istinadən verir.
Belə ki, 37 yaşlı rayon sakini Mübariz Quliyevə məxsus “Opel” markalı avtomobil qəfil alışıb. Hadisə yerinə FHN-in yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb.
Şahidlərin sözlərinə görə, yanğın yanacaq çənində başlayıb.
Faktla bağlı araşdırma aparılır.