top
Cəlilabadın 14 kəndini birləşdirən avtomobil yolu qəzalı vəziyyətdədir
03 avqust 2024, 07:07
- ↺ +

Cəlilabadın 14 kəndini birləşdirən avtomobil yolu qəzalı vəziyyətdədir

Cəlilabad rayonunda 14 kəndi birləşdirən Qarazəncir–Qarakazımlı–Bayxanlı avtomobil yolu qəzalı vəziyyətə düşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 avqust tarixində Report.az-a istinadən verir.

Qarakazımlı kənd sakini Cəlil Alışovun sözlərinə görə, həmin yol rayon mərkəzindən təqribən 35-40 kilometr məsafəyə qədər uzanır və ərazidəki 30 minə yaxın sakin müntəzəm qaydada o yoldan istifadə edir:

“On dörd kəndi birləşdirən bu magistral yol baxımsızlıq üzündən üç ildir ki, keçilməz vəziyyətə düşüb, nəqliyyatın hərəkəti üçün əsl təhlükəyə çevrilib. Yolda iri çatlar, çalalar əmələ gəlib. Qoyulan aldadıcı yamaqlar tez-tez sürücüləri yanıldaraq maneələrlə üz-üzə qoyur. Bəzən on dəqiqəlik yolu biz saat yarıma ancaq gedib çıxırıq. Çox çətin vəziyyətə düşmüşük. Bəzi yerlərə yamaq vurdular, ancaq o yamaqlar da dağılıb gedir".

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, kəndlərarası avtomobil yollarının yenidən qurulması regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət Proqramı çərçivəsində öz həllini tapır.

“Bu proqram çərçivəsində də Cəlilabad rayonu ərazisində mühüm yol infrastrukturu layihələrinin icrası həyata keçirilib və bu işlər davam etdirilir.

O cümlədən, qeyd olunan Qarazəncir–Məlikqasımlı avtomobil yolunun 12-ci kilometrindən ayrılan Gülməmmədli–Bayxanlı–Məmmədcanlı–Ətcələr–Zərbiəli–Qarakazımlı–Sərxanlı avtomobil yolunun da yenidən qurulması dövlət proqramına daxil edilib. Dövlət Proqramı çərçivəsində maliyyə vəsaiti ayrılan kimi həmin avtomobil yolunun yenidən qurulması tərəfimizdən təmin olunacaq”, – AAYDA sözçüsü deyib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:15

Sumqayıtda avtomobil qəzasında ölən hərbçi Biləsuvardan imiş

Siyasət
Bu gün, 15:37

İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM

Bütün xəbərlər
Bu gün, 15:19

Cenublu.аz işıqlandırdı, Cəlilabadda problem həllini tapdı

Bütün xəbərlər
Bu gün, 14:46

Sabah hava necə olacaq? — PROQNOZ

Kriminal
Bu gün, 14:13

Astarada qayınanasını dişləyən gəlinə cinayət işi açıldı

Kriminal
Bu gün, 13:50

Lənkəranda 3 yaşlı uşaq atalığı tərəfindən döyülüb

Faydalı
Bu gün, 12:54

Hərbçilərin maaşı 22,8 faiz artacaq

Cəmiyyət
Bu gün, 11:39

Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti 3 İL AZALDILDI

Cəmiyyət
Bu gün, 10:49

Yol Polisindən dəyişkən hava şəraiti ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
Bu gün, 10:12

Lənkəranda 30 yaşlı kişinin meyiti aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 09:24

Biləsuvarlı şəhidin doğum günüdür

Bütün xəbərlər
Dünən, 17:35

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

Kriminal
Dünən, 17:00

Lerikli 10 uşaq atası tanışını baltaladı — MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 16:15

Külək güclənir - XƏBƏRDARLIQ

Kriminal
Dünən, 15:38

6 nəfər 132 kilo narkotiklə TUTULDU

Bütün xəbərlər
Dünən, 15:00

Cəlilabadda 44 yaşlı qadın evində yandı

Kriminal
Dünən, 14:10

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb

Faydalı
Dünən, 13:35

Cənubda qanvermə aksiyası keçirilib

Bütün xəbərlər
Dünən, 12:40

Sabah hava necə olacaq?

İqtisadiyyat
Dünən, 12:00

Azərbaycan neftinin qiyməti 121 dolları ötüb

Bütün xəbərlər
Dünən, 11:23

Xəzərdə zəlzələ olub

Kriminal
Dünən, 10:48

Etiraz edən arvadını vurdu: Cərimələndi

Bütün xəbərlər
Dünən, 09:29

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
23 sentyabr 2026, 17:48

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

Bütün xəbərlər
23 sentyabr 2026, 16:45

Lənkəranda sahibsiz itlər sakinləri narahat edir

Kriminal
23 sentyabr 2026, 16:10

Falçı xalası tərəfindən döyüldüyünü deyən yeniyetmə MƏHKƏMƏDƏ DANIŞDI

Bütün xəbərlər
23 sentyabr 2026, 15:40

Kəmaləddin Heydərovun Cəlilabaddakı vətəndaş qəbulunun vaxtı dəyişib

Kriminal
23 sentyabr 2026, 15:00

Səfərbərlik Xidmətinin həbsdə olan sabiq əməkdaşı azadlığa buraxılıb

Oxşar xəbərlər