Lənkəranda yaşayan 15 yaşlı yeniyetmənin xalası tərəfindən işgəncəyə məruz qalması ilə bağlı məhkəmə prosesi keçirilib.
Yeniyetmə məhkəmədə bildirib ki, xalası dəcəllik etdikdə və sözünə baxmadıqda onu taxta ilə döyüb.
Onun sözlərinə görə, xalasının başına taxta ilə vurduğu zərbədən sonra saçları qırxılıb və həmin nahiyədə tük bitməyib.
Yeniyetmə həmçinin xalasının evdə dualar yazdığını, fala baxdığını və bunun üçün insanların ona pul və qızıl verdiyini deyib.
Məlumata görə, hadisə zamanı yeniyetmə və qardaşı xalanın qəyyumluğunda olub.
2025-ci ilin sentyabrında məişət zorakılığı barədə məlumat daxil olduqdan sonra hüquq-mühafizə orqanları müdaxilə edib. Yeniyetmə və xalası Lənkərandan Bakıya gətirilib, daha sonra qəyyumluğa xitam verilib.
Günay Novruzova saxlanılıb və barəsində cinayət işi başlanıb.
Növbəti məhkəmə prosesi oktyabrın 14-də keçiriləcək.
Mənbə: oxu.az