Cəlilabad rayonunun bir sıra kəndlərində yolların təmiri aparılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 noyabr tarixində verir.
Belə ki, Qarakazımlı, Cəngan və Sadatlı kəndlərində kənddaxili yollara çınqıl və qum-çınqıl materialı tökülərək təmir işləri aparılır.
Qeyd edək ki, işlər vətəndaşlar tərəfindən bələdiyyəyə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına həyata keçirilib.