Cəlilabad rayonunda avtomobillər yeniyetmə oğlanı və cavan qadını vurub. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 avqust tarixində Report-a istinadən verir.
Hadisələr rayonun müxtəlif ünvanlarında baş verib.
Avtomobillərdən biri piyada, 13 yaşlı Səyyad İbrahimovu, digəri isə 28 yaşlı Leyla Kazımovanı vurub.
Hər iki yaralı rayon xəstəxanasına çatdırılıb.
Faktlarla bağlı araşdırma aparılır.