Cəlilabad rayonu, Azərbaycan küçəsi, 54 saylı yaşayış binasının ətrafında abadlıq işləri aparılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 fevral tarixində verir.
Belə ki, ağaclarda budama işləri aparılıb, ərazilərdən məişət tullantıları götürülüb, ağaclar əhənglənib və qanunsuz tikili sökülərək səliqə-sahman yaradılıb.
Həmçinin bina yolu planlı şəkildə abadlaşdırılacaq.
Tədbirlər Mənzil İstismar Sahəsi tərəfindən həyata keçirilir.