Cəlilabad rayonunun Günəşli kəndinin yollarında təmir işləri aparılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 mart tarixində verir.
Sözügedən kəndin kənddaxili yollarına çınqıl materialı tökülüb.
Təmir işləri vətəndaşlar tərəfindən Günəşli bələdiyyəsinə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına həyata keçirilib.