top
Bu gün şəhid Emil Nəzirovun ad günüdür.
04 fevral 2026, 10:00
- ↺ +

Bu gün şəhid Emil Nəzirovun ad günüdür.

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycan Silahlı Qüvvələri və Sərhəd Qoşunlarının polkovniki, Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanının Mühəndis Aviasiya işləri üzrə müavini, Mühəndis Aviasiya şöbəsinin rəisi, Birinci Qarabağ və Vətən müharibələri iştirakçısı, şəhid Emil Nəzirovun ad günüdür.

Emil Nəzirov 1969-cu il fevralın 4-də Lənkəran rayonunun Veravul kəndində anadan olub. 1976-1986-cı illərdə Veravul kənd orta məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra Leninqrad vilayətindəki Lomonosov adına hərbi aviasiya mühəndisləri məktəbinə daxil olub və 1990-cı ildə oranın məzunu olub.

2008-ci ildən mayor rütbəsində eskadrilya komandirinin müavini vəzifəsində xidmət edib.

2015-ci ildə polkovnik-leytenant rütbəsinə yüksəlib və Aviasiya İdarəsinin uçuş mühəndisliyi şöbəsinin helikopter və mühərriklər üzrə baş zabit-mühəndis vəzifəsinə təyin olunub.

2021-ci ildə Dövlət Sərhəd Xidmətində yaranan Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanının Mühəndis Aviasiya İşləri üzrə müavini və Mühəndis Aviasiya şöbəsinin rəisi vəzifəsinə təyin olunub və polkovnik rütbəsinə yüksəlib.

Xidməti dövründə 4 müxtəlif (Mi-24, Ka-27, Mi-8 və Mi-17) modifikasiyalı helikopterlərdə uçuş icazəsinə və müxtəlif sertifikatlara yiyələnib.

Emil Nəzirov "Vətən uğrunda" medalı ilə təltif olunub.

2021-ci il noyabrın 30-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər isə yaralanıb. Emil Nəzirov da hadisə zamanı şəhid olub. Ertəsi gün Sərhədçi İdman Olimpiya Mərkəzində onunla vida mərasimi keçirilib və II Şəhidlər xiyabanında dəfn olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:53

Lənkəranlı şəhidimizin xatirəsi yad edilir

Bütün xəbərlər
Bu gün, 16:53

Lənkəranlı şəhidimizin xatirəsi yad edilir

İqtisadiyyat
Bu gün, 15:23

Azərbaycana 9 ayda 64,6 milyon dollarlıq çay idxal olunub

Kriminal
Bu gün, 14:30

Cəlilabadın kənd bələdiyyəsinin sədrinin şikayəti rədd edildi

Bütün xəbərlər
Bu gün, 12:24

DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Bütün xəbərlər
Bu gün, 11:26

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 09:42

Ali təhsilli işsiz gənclərin sayı 9 mini keçib

Bütün xəbərlər
Bu gün, 00:05

24 oktyabr 2020-ci il: Vətən müharibəsinin 28-ci günü

Kriminal
Dünən, 17:56

Tiktoker "İsican" həbs edildi

Bütün xəbərlər
Dünən, 17:00

Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi

Bütün xəbərlər
Dünən, 16:13

Lerikdə yaşıllıqların qanunsuz kəsilməsi faktı aşkar olunub

Bütün xəbərlər
Dünən, 15:38

Lerikli JONY-də nadir xəstəlik aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:55

Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:17

Salyanda mikroavtobus yanaraq kül oldu

Bütün xəbərlər
Dünən, 10:59

Neftçalada traktor velosipedçini vurub öldürdü

Bütün xəbərlər
Dünən, 09:38

Salyanda kişini cərəyan vurub öldürdü

Bütün xəbərlər
Dünən, 00:05

23 oktyabr 2020-ci il: Vətən müharibəsinin 27-ci günü

Bütün xəbərlər
22 oktyabr 2026, 18:00

Lənkəranda çay sahili zibilliyə çevrilib

Bütün xəbərlər
22 oktyabr 2026, 17:25

19 yaşlı şəhidimizin ad günüdür

Siyasət
22 oktyabr 2026, 16:58

Yardımlının yeni icra başçısını hansı problemlər gözləyir? Təhlükəli yol, kəndlərin dərdi və korrupsiya işi – CENUBLU.AZ-in ARAŞDIRMASI

Cəmiyyət
22 oktyabr 2026, 16:11

Masallıda narkomaniyaya qarşı maarifləndirici aksiya təşkil olunub

Bütün xəbərlər
22 oktyabr 2026, 15:35

Sabah hava necə olacaq?

Bütün xəbərlər
22 oktyabr 2026, 15:00

Salyanda 3 ildir yol problemi həll olunmur: ŞİKAYƏT

Oxşar xəbərlər