Astara şəhərinin mərkəzi prospektlərinin birində piyada yolu dağılıb və asfaltda çuxur əmələ gəlib. Bununla bağlı sakinlər bu gün, 22 iyul tarixində Cenublu.az-a müraciət ediblər.
Sakinlər bildirirlər ki, gediş-gəlişi çox olan Azərbaycan prospektində bu cür hallara rast gəlinməsi məyusedicidir. “Ümid edirik ki, tezliklə bu nöqsanlar aradan qaldırılacaq”, - deyə onlar bildiriblər.