Astara rayonunun Səncərədi kəndində yerləşən küçələrin birində piyada zolağının silinməsi və “piyada keçidi” nişanının olmaması çətinlik yaradır. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 aprel tarixində verir.
“Buradan gündə çox insan, əsasən də şagirdlər keçirlər. Yaxınlıqda məktəbin və dayanacağın olmasını nəzərə alaraq, aidiyyəti qurumlardan xahiş edirik ki, məsələni həll etsinlər”, – deyə sakinlər bildiriblər.