Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində bir nəfər batıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Lent.az-ın məlumatına görə, batan şəxs 86 yaşlı Rəvayət İxtiyar oğlu Nəsirovdur.