Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Masallıda vətəndaşları qəbul edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 dekabr tarixində verir.
Görüş Masallı rayonunda yerləşən Viləşçay Su Anbarının İstismarı İdarəsinin inzibati binasında baş tutub. Burada Masallı, Yardımlı və digər rayonlardan olan vətəndaşlar öz müraciətlərini səsləndiriblər.