Yardımlıdan olan şəxsin meyiti Sumqayıtda aşkarlanıb
Sumqayit24.аz xəbər verir ki, hadisə 76-cı məhəllədə qeydə alınıb. Cansız bədənin Yardımlı rayonu Çanaxbulaq kəndindən olan 1963-cü il təvəllüdlü Rufullayev Qurbanxan Birci oğluna məxsus olduğu bildirilir.
Onun ölüm səbəbi hələlik açıqlanmayıb.