top
Yardımlı sakini nazirliyə müraciət edib: “Rayona getməyə belə pulum qalmayıb”
08 yanvar 2025, 06:49
- ↺ +

Yardımlı sakini nazirliyə müraciət edib: “Rayona getməyə belə pulum qalmayıb”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Bir ildir ki, ünvanlı sosial yardım ala bilmirik. Heç bir yerdə işləmirəm. Qazana bilmirəmsə, torpaq pulunu necə ödəyim?”

Bu barədə Musavat.com-a Yardımlı rayonunun Burzunbul kənd sakini Sultanov Möhübbət Əliyar oğlu bildirib.

Qeyd edib ki, ünvanlı sosial yardım almaq üçün ondan ya işləməsi, ya da torpaq pulunun ödənməsi tələb edilir:

“Ötən ilə kimi 500 manat məbləğində ünvanlı sosial yardım alırdım. 9 ay torpaq pulu ödəmişəm. O zaman qayda belə idi ki, 6 aylıq torpaq pulu ödəməli idik, mən isə 9 ayı ödəmişdim. Yanvarın 1-dən isə torpaqla bağlı yeni qanun çıxdı. Yeni qaydaya görə, artıq bir illik torpaq pulu ödəməlisən. Mənim arayış almağa, rayona getməyə belə pulum qalmayıb. Ancaq elə o pulu borcla-xərclə ödəmişdik. Nə işləyirəm, nə də torpaq pulu ödəyə bilirəm. Çarəsiz qalmışam. Bununla bağlı nazirliyin “142” Çağrı Mərkəzinə də məlumat vermişik. Onlar da bildirdilər ki, ünvanlı sosial yardım almaq üçün ya işləməliyəm, ya da torpaq pulunu ödəməliyəm. Xahiş edirəm, mənə kömək edin, çarəsiz qalmışam”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanlanıb.

Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan mövzu ilə bağlı musavat.com-un sorğusuna cavab verilib. Cavab mətnində qeyd edilir ki, qanunun tələbinə görə dəyişiklik etmək mümkün deyil:

"Yardımlı rayon sakini Əliyeva Şəmsiyyə Fərman qızının ünvanlı sosial yardımla bağlı elektron sistemə daxil olan son müraciətinə əsasən, ailə üzvü Sultanov Möhübbət Əliyar oğlunun məşğulluğunu təmin edən sığorta ödənişlərinin olmaması səbəbindən sistem tərəfindən müraciətə imtina verilib. Qeyd edək ki, sözügedən şəxs yanvar və fevral ayları üzrə sığorta ödənişlərini edərək, fevral ayından etibarən müraciət edərsə, ailənin ünvanlı sosial yardım hüququna yenidən baxılacaq"

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər