Masallıda 1 ay əvvəl sirkə turşusu içərək intihara cəhd edən Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatı sədri Seyfəddin Əliyevin sürücüsü dünyasını dəyişib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 sentyabr tarixində Qafqazinfo-ya istinadən verir.
Verilən məlumata görə, Elman Abdullayev otən gün səhər saatlarında paytaxt xəstəxanasında vəfat edib.
Qeyd edək ki, avqustun 13-də Abdullayevin intihara cəhd etməsi barədə məlumat yayılıb. Lakin mərhumun qohumları bu məlumatı təkzib ediblər. Əldə edilən məlumata görə, həkim rəyində Abdullayevin sirkə turşusu içərək zəhərləndiyi müəyyən olunub.