YAP Lənkəran rayon təşkilatının sədri İ.Əmənullayev Şağlaküçə kəndinin partiya fəalları ilə görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 oktyabr tarixində verir.
Görüşdə partiya fəalları ilə yanaşı, bitərəflər, kəndin ağsaqqalları və ziyalılar da iştirak ediblər.
Çıxış edən YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev YAP-nin geniş fəaliyyətindən bəhs edib.
Sonda İ.Əmənullayev partiya üzvlərinin verdiyi sualları cavablandırıb və irəli sürülən təklif və problemləri qeydə alıb.