YAP Lənkəran rayon təşkilatının sədri İ.Əmənullayev Kərgəlan kəndinin partiya fəalları ilə görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 oktyabr tarixində verir.
Görüşdə partiya fəalları ilə yanaşı bitərəflər, kəndin ağsaqqalları və ziyalılar da iştirak ediblər. Çıxış edən YAP Lənkəran rayon təşkilatının sədri partiyanın müstəqil dövlətimizin qurulması və möhkəmlənməsinə, ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunmasındakı rolundan danışıb.
Sonda İ.Əmənullayev partiya üzvlərinin verdiyi sualları cavablandırıb. İrəli sürülən təklif və problemlər qeydə alınıb.