Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov Səncərədi kəndində partiya fəalları ilə növbəti görüşünü keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 oktyabr tarixində verir.
İlk öncə ulu öndər və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 44 günlük Vətən müharibəsindən, cənab Prezidentin yürütdüyü uğurlu daxili və xarici siyasətdən, partiyanın VII Qurultayından sonrakı səmərəli fəaliyyəti və görülən işlər barədə geniş məlumat verilib.
Görüşdə bir sıra digər məsələlərə də toxunulub.