Fevralın 26-da təhsil müəssisələrində Xocalı soyqırımına həsr edilən xüsusi dərslər təşkil olunacaq.
Cenublu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin "Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Tədbirlər Planı”nda qeyd edilib.
Tədbirlər Planına uyğun olaraq, ümumi təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiyaların, şagirdlərin əl işlərindən ibarət rəsm sərgilərin təşkili, sənədli və bədii filmlərin nümayişi də nəzərdə tutulur.