Artıq iki gündür ki, Lənkəranda itkin düşmüş hesab edilən balıqçılar - Siyavar kənd sakinləri, 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasovun axtarışları dayandırılıb.
Cenublu.az-a bu barədə balıqçıların qohumları məlumat verib. Onların sözlərinə görə balıqçıların axtarışları Xəzərin Azərbaycana aid olan hissəsinin hər tərəfində aparılıb və heç bir müsbət nəticə əldə olunmayıb.
FHN-nin Cənub Regional Mərkəzindən də bildirilib ki, iki gündür ərazidə heç bir axtarış aparılmır.