Bu gün Xalq artisti İlhamə Quliyevanın xatirəsi yad edilir.
Musiqisevərlərin qəlbini öz səsi ilə oxşayan İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Lənkəranda anadan olub.
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş primadonna 1965-1970-ci illdərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970–1980-ci illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti olub.
Fikrət Əmirov, Oqtay Rəcəbov və Ramiz Mirişli kimi bəstəkarların bəstələrini ifa edən İlhamə Quliyeva “Şərəf” və “Şöhrət” ordenləri, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan SSR Əməkdar artisti və Dağıstan Respublikasının Xalq artisti adlarına layiq görülüb.
O, 2016-cı il fevralın 25-də vəfat edib.