Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Masallı, Yardımlı, Lerik, Astara və Lənkəran şəhər və rayonlarının sakinlərini qəbul edəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 avqust tarixində verir.
Qəbul Masallı Rayon Polis Şöbəsinin inzibati binasında 28 sentyabr tarixində baş tutacaq. Vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edərək qəbula yazıla bilərlər.
Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsi tələb olunacaq.