top
Vətən müharibəsi şəhidlərinin doğum günüdür 
17 fevral 2025, 00:00
- ↺ +

Vətən müharibəsi şəhidlərinin doğum günüdür 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Cəlilabaddan olan Vətən müharibəsi şəhidləri - Musa Əsgərov və Rəvan Məmmədovun doğum günüdür.

İşğalçı düşmənin kabusuna çevrilən “Paşam” ləqəbli baş leytenant Musa Əlifağa oğlu Əsgərov 1997-ci ildə fevralın 17-si Sabirabad kəndində doğulub. 2003-2011-ci illərdə N.Məmmədov adına Sabirabad kənd tam orta məktəbində, 2011-2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsilə yiyələnib. Subay idi.

Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 28-də Cəbrayıl rayonunun Cəfərabad kəndində kəşfiyyatda olarkən həlak olub. Nəşi 4 gün düşmənin nəzarət etdiyi ərazidə qalıb.

2 oktyabr tarixində Cəbrayıl uğrunda gedən döyüşlərdə onun nəşi döyüş meydanından götürülərək ailəsinə təhvil verilib.

Ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Rəvan İntiqam oğlu Məmmədov 1998-ci ildə fevralın 17-si Novruzallı kəndində anadan olub.

Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Bir sıra uğurlu əməliyyatlarda yaxından iştirak edib. Eyni zamanda şəxsi şücaətlər göstərərək hərbçi yoldaşları ilə birlikdə düşmənə sarsıdıcı zərbələr endirib, onun canlı qüvvəsini məhv edib. Füzuli istiqamətində gedən hərbi əməliyyat Rəvanın son döyüşü olub.

R.Məmmədov 10 oktyabr tarixində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Oxşar xəbərlər