Bu gün Biləsuvardan olan şəhid Şahmarlı Elvin Malik oğlunun dünyaya göz açdığı gündür.
Vətən Müharibəsi şəhidi Elvin Şahmarlı 2002-ci ildə fevralın 15-i Əliabad kəndində anadan olub. Əliabad kənd tam orta məktəbində təhsil alıb.
E.Şahmarlı 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak edib. 12 oktyabr tarixində Suqovuşan istiqamətində gedən döyüşlərdə vuruşaraq şəhidlik zirvəsinə ucalıb. O, oktyabrın 13-u Əliabad kənd qəbiristanlığında torpağa tapşırılıb.
Ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.