top
Valideynləri SOYURLAR, ödənişi əlbəəl ALIRLAR – Vergidən yayınan təhsil kurslarını hansı CƏZA gözləyir?
14 yanvar 2025, 05:15
- +

Valideynləri SOYURLAR, ödənişi əlbəəl ALIRLAR – Vergidən yayınan təhsil kurslarını hansı CƏZA gözləyir?

Məktəblərdə tədrisin keyfiyyətinin aşağı olması, tədris proqramlarının ağırlığı, qəbul imtahanlarının ildən-ilə mürəkkəbləşməsi yuxarı sinif şagirdlərinin daha çox fərdi hazırlığa – repetitor yanına və təhsil kurslarına üz tutmaq məcburiyyətində qoyur.

Valideynlər də dəridən-qabıqdan çıxıb qazancının böyük hissəsini hazırlıq və kurs müəllimlərinə xərcləyirlər.

Bu sahədə ən çox gəlir əldə edən hazırlıq kurslarında isə hər fənn ən azı 80-150 manata tədris olunur. Fərdi repetitorların hazırlıq qiymətləri də yuxarı siniflər üçün 100-150 manat arasında dəyişir. 5 fənnə (bəzən 6 fənnə) abituriyentin ödədiyi məbləğ təxminən 400-500 manat, bəzən isə daha artıq olur.

Amma qəribəsi odur ki, bu kursların bir çoxunda abituriyentlərin ödənişləri nağd, yəni əlbəəl alınır.

Bununla bağlı bizim.media-ya şikayət edən valideynlərdən biri övladının paytaxtdakı tanınmış hazırlıq kursuna getdiyini və ora hər ay ödənişin qəbzlə, post-terminalla deyil, sənədsiz-sübutsuz qəbul edildiyini bildirib.

Maraqlıdır, bəs vergidən yayınmaq üçün aylıq ödənişləri sənədləşdirmədən, qəbz təqdim etmədən alan kurs rəhbərləri, repetitorlar bunun qanunsuz addım olduğunu bilmirlərmi?

Qeyd edək ki, paytaxtda 318 məktəb var və hər il təxminən 40 mindən çox şagirdi IX sinfin, 27 minə yaxın şagird isə XI sinfin buraxılış imtahanını verir. Bu şagirdlərin böyük hissəsi də məhz təhsil kurslarında hazırlıq keçir.

Əgər bu rəqəmlərin yarısının kurslara qazandırdığı məbləği hesablasaq, bu, təxminən 33 500 000 manatlıq gəlir deməkdir.  Bu, həm də böyük məbləğdə vergidən yayınma, ciddi qanun pozuntusdur.

Biz hələ bu sıraya ölkədə fəaliyyət göstərən TOEFL, IELTS, SAT, GMAT, STIMUL kimi əlavə təhsil proqramları tədris edən kursların fəaliyyətini və gəlirlərini əlavə etməmişik.

Bir sözlə, valideynlərin sağlam cəmiyyət üçün vicdanlı, savadlı, qanunpərəst vətəndaş yetişdirmək ümidi ilə üz tutduğu kursların bəzilərinin dili başqa, əməli başqadır…

Onu da qeyd edək ki, valideynlərin bəziləri kursların qəbz verməməsinin səbəbini vergidən yayınmaqla yanaşı, həm də məsuliyyətdən qaçmaq kimi də dəyərləndirir.

Onların fikrincə, bəzi təhsil kursları övladı gözlədiyi balı yığmadığı təqdirdə, valideynin hər hansı iddiasına cavab vermək məcburiyyətində qalmamaq üçün bu addımı atır.

Ödəniş qəbzi həm də kursun abituriyentə satdığı təhsilin rəsmi təsdiqidir. Valideyn təhsil səviyyəsinin verilən məbləğə uyğun olmadığını iddia edə bilər. Bu səbəbdən də o, yaxasını məsuliyyətdən belə qurtarmağa çalışır.

Maraqlıdır, bəs vergidən yayınan təhsil kursları və fərdi repetitorları hansı cəza gözləyir?

Ümumiyyətlə, ölkədə nə qədər təhsil kursu var və onların neçəsi müntəzəm vergi ödəyicisidir?

Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədovun mövzu ilə bağlı verdiyi məlumata görə, Vergi Məcəlləsinin 16.1.11-1-ci maddəsinə əsasən, nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilib:

“Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”na uyğun olaraq ölkə ərazisində POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısına əsasən hazırlıq kursları və ya digər özəl təhsil qurumu ƏDV məqsədləri üçün qeydiyyatdan keçibsə və ya rüb üzrə orta aylıq dövriyyəsi 2.000 (iki min) manatdan artıqdırsa müştərilərlə hesablaşmaların aparılması zamanı məcburi qaydada POS-terminallar quraşdırmalıdır.

Vergi Məcəlləsinə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir”.

Son xəbərlər

Bütün xəbərlər
01 avqust 2026, 17:33

Cəlilabadda 5 min nəfər palçıq və toz içində yaşayır

Bütün xəbərlər
01 avqust 2026, 17:00

Cənub zonasının unikal yeməyi - Murqutuş

Bütün xəbərlər
01 avqust 2026, 16:20

Limonun içinə dəfnə yarpağı qoyun: Sınayanlar eyni təsiri bildirirlər

Bütün xəbərlər
01 avqust 2026, 15:45

Azərbaycanda itkin düşən 7 nəfər tapılıb

Bütün xəbərlər
01 avqust 2026, 15:08

Masallıda zibil poliqonu yanır

Bütün xəbərlər
01 avqust 2026, 14:35

Sabahın hava proqnozu açıqlanıb

Bütün xəbərlər
01 avqust 2026, 14:02

Qarpız niyə bahalaşıb? - Fermerlər səbəbləri açıqladı

Bütün xəbərlər
01 avqust 2026, 13:33

Lənkəranda sahibsiz it təhlükəsi böyüyür

Kriminal
01 avqust 2026, 13:00

Ötən gün 8 odlu silah aşkarlanıb

Bütün xəbərlər
01 avqust 2026, 12:30

DYP sürücülərə və piyadalara müraciət etdi

Bütün xəbərlər
01 avqust 2026, 11:54

Cənubda FAKTİKİ HAVA

Kriminal
01 avqust 2026, 11:26

Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Bütün xəbərlər
01 avqust 2026, 10:55

Şəhid Əmrah Xəlilzadənin doğum günüdür

Bütün xəbərlər
01 avqust 2026, 10:20

MİQ-in nəticələri açıqlanıb, 8 sualda səhv olub

Bütün xəbərlər
01 avqust 2026, 09:45

Bu gün Azərbaycan Əlifbası və Dili Günü qeyd olunur

Bütün xəbərlər
01 avqust 2026, 09:32

Lerikdə zəlzələ olub

Bütün xəbərlər
01 avqust 2026, 09:03

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
31 iyul 2026, 17:38

Lənkəranda "Amerika ağ kəpənəyi" evlərə daraşıb

Bütün xəbərlər
31 iyul 2026, 16:55

Magistraturaya qəbul olunanlar 12 avqust saat 18:00-dək qeydiyyatdan keçməlidirlər

Bütün xəbərlər
31 iyul 2026, 16:20

Məleykə Abbaszadə: "I ixtisas qrupu üzrə 300-400 bal intervalında keçid ballarının artacağı gözlənilir"

Bütün xəbərlər
31 iyul 2026, 15:48

İtkin düşən 10 nəfər tapılıb

Bütün xəbərlər
31 iyul 2026, 15:15

Susuzluq bağları qurudur - Sabirabad sakini kömək istəyir

Bütün xəbərlər
31 iyul 2026, 14:36

Ötən gün narkotiklərlə əlaqəli 14 fakt müəyyən olunub

Kriminal
31 iyul 2026, 14:02

186 min manat mənimsəyən sabiq direktor hakim önündə

Oxşar xəbərlər