Üzeyir Mehdizadə yeni mahnısını Xəzər TV-də yayımlanan “Təsir Dairəsi” verilişinə müraciət edən İslam Piriyevə dinlədəcək.
Bu barədə verilişin ötən gün yayımlanan buraxılışında bildirilib.
İslam Piriyevin onunla görüşmək istədiyini öyrənən müğənni bunu reallaşdıracağına və hətta növbəti mahnısını da ilk ona dinlədəcəyinə söz verib.
Qeyd edək ki, müğənninin atası Bəxtiyar Mehdizadə 1963-cü ildə Lənkəran rayonunun Şağlaküçə kəndində anadan olub.