top
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd ediləcək – SƏRƏNCAM
03 fevral 2025, 04:50
- ↺ +

Üzeyir Hacıbəylinin 140 illiyi qeyd ediləcək – SƏRƏNCAM

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Üzeyir Hacıbəylinin 140 illiyi qeyd ediləcək.

Cenublu.az bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilib ki, 2025-ci ilin sentyabr ayında dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 140 ili tamam olur:

“Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır. Üzeyir Hacıbəyli eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir”.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər