Ali təhsil müəssisələrinə və 9 və 11 illik bazada kolleclərə sənəd qəbulu başlayıb.
Cenublu.az xəbər verir ki, ərizələrin qəbulu fevralın 20‑dən martın 5-dək Dövlət İmtahan Mərkəzi tərəfindən internet vasitəsilə aparılır.
Qeyd: Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə (yalnız V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün bir mərhələdə) aparılır.