Lənkəran Şəhər İcra Hakimiyyətinin sabiq birinci müavini Möhübbət Babayevə yeni vəzifə verilib.
Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, Möhübbət Babayev Lənkəran Dövlət Universitetində Mülki müdafiə qərargahının rəisi təyin edilib. 0:23
Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Möhübbət Babayev 26 fevral 2024-cü il tarixdə Lənkəran şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad edilərək, son yaş həddinə görə təqaüdə göndərilib.