Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Cenublu.az-ın verdiyi xəbərə görə, Türkiyə Prezidenti bu barədə Ak Parti TBMM Qrup toplantısında çıxışı zamanı deyib.
“Aktau şəhəri yaxınlarında Azərbaycan Hava Yollarına aid təyyarənin qəzaya uğramasını böyük kədərlə öyrəndik”, – Ərdoğan qeyd edib.