top
Torpaq sürüşməsi ilə bağlı Astara İcra Hakimiyyətindən açıqlama
15 sentyabr 2023, 06:27
- ↺ +

Torpaq sürüşməsi ilə bağlı Astara İcra Hakimiyyətindən açıqlama

Astara rayonunun ucqar dağlıq ərazilərində baş vermiş torpaq sürüşməsi ilə bağlı Astara Rayon İcra Hakimiyyəti açıqlama verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 sentyabr tarixində Trend.az-a istinadən verir.

Belə ki, məsələ ilə bağlı Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov bildirib ki, sürüşmə baş verən yerdə bir ailə yaşayır.

"Evə heç nə olmayıb. Ev Hirkan Milli Parkının ərazisində qanunsuz tikilib. Evin sahibinə müvafiq qurumlar əvvəllər də xəbərdarlıq etmişdilər ki, həmin ərazi təhlükəlidir. Sürüşmə nəticəsində palçıq gəlib evə dirənib. Əraziyə yerli qüvvələri səfərbər etmişik. İki gün əvvəl ailə təxliyə edilib. Hazırda vəziyyət stabildir", – deyə İcra Hakimiyyətinin rəsmisi qeyd edib.

O bildirib ki, evə baxış keçirildikdən sonra onunla bağlı yekun rəy veriləcək.

"Aramsız yağışlara görə kənd ərazisindən keçən çayın daşması nəticəsində kənd ərazisində piyada körpüsü də uçub. Körpünü sakinlər salmışdılar. Əsas körpü uçan körpüdən bir qədər aralıdadır və dağılmayıb. Sakinlər hazırda ondan istifadə edirlər. Biz rəy verildikdən sonra həmin ailəni oradan köçürmək istəyirik. Yəqin ki, onlara yeni evin verilməsi nəzərdə tutulacaq", – Mahmudov əlavə edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
Dünən, 18:02

Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib

Bütün xəbərlər
Dünən, 17:15

"Son damla qanıma kimi döyüşəcəyəm" deyən şəhidimiz

İqtisadiyyat
Dünən, 16:40

Masallıda 2 kəndin yolu yenilənib

Siyasət
Dünən, 16:10

Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Bütün xəbərlər
Dünən, 15:30

19 yaşlı şəhidimizin doğum günüdür

Cəmiyyət
Dünən, 15:00

Azərbaycanda zəlzələ oldu

Bütün xəbərlər
Dünən, 14:36

Milli Qəhrəmanın qardaşından Lerikdəki yolla bağlı müraciət

Bütün xəbərlər
Dünən, 14:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:30

Gələn həftə Drakonid meteor yağışı olacaq

Bütün xəbərlər
Dünən, 12:50

Oktyabrda 9 gün iş olmayacaq - TARİXLƏR AÇIQLANDI

Kriminal
Dünən, 12:15

Lənkəranlı söyüşə görə qardaşını öldürüb - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:37

Vətən müharibəsi şəhidimizin ad günüdür

Kriminal
Dünən, 11:00

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Bütün xəbərlər
Dünən, 10:26

Bu gündən əsgərlər ehtiyata buraxılır

Kriminal
Dünən, 09:41

Masallıda qəza olub, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 09:03

Sabirabadda panton körpünün üzərində hərəkət bərpa olunub

Bütün xəbərlər
Dünən, 00:05

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

İqtisadiyyat
30 sentyabr 2026, 17:43

Dövlət Xidməti illik elektron pul köçürmələrində yeni həddi aylıq 50 min manata qaldırıb - YENİ QƏRAR

İqtisadiyyat
30 sentyabr 2026, 17:15

Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ

Bütün xəbərlər
30 sentyabr 2026, 16:40

Lerikdə gənc müəllimlər arasında "Breyn Rinq" keçiriləcək

Bütün xəbərlər
30 sentyabr 2026, 16:00

Lənkəran sakini Kiyevdə dron hücumunun qurbanı oldu

İdman
30 sentyabr 2026, 15:15

Lənkəranda "İdman Həyətimdə" adlı kütləvi tədbir keçiriləcək

Cəmiyyət
30 sentyabr 2026, 14:30

İgid şəhidimizin anım günüdür

Oxşar xəbərlər