top
“TikTok”da düzgün kişiliyi təbliğ edirəm” - Geyimə görə adam döydü - VİDEO
08 yanvar 2025, 06:10
- ↺ +

“TikTok”da düzgün kişiliyi təbliğ edirəm” - Geyimə görə adam döydü - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəranda geyimini bəyənmədiyi şəxsi güləş fəndi ilə yerə yıxaraq xəsarət yetirən şəxs hakim qarşısına çıxarılıb. O, özünü “TikTok”da düzgün kişi kimi yaşamağı təbliğ edən şəxs” kimi təqdim edib.

Musavat.com xəbər verir ki, söhbət 20 yaşlı Elnur Kərimlinin cinayət əməlindən gedir. Elnur Lənkəranda Arif (adlar şərtidir) adlı şəxsi döyüb. Buna səbəb isə Arifin geyim və həyat tərzi olub.

Belə ki, Elnur heç bir səbəb olmadan Arifin geyiminə etiraz edib. Əvvəl onu yanına çağırıb. Lakin Arif onun bu istəyinə “yox” cavabı verib. Elnur Arifə yaxınlaşaraq “bu nə geyimdir?”, “yekə oğlansan”, “geyiminə fikir ver” deyərək iradlar bildirib. Arif ona “yaxşı edirəm, sən kimsən?” deyə cavab verib.

Onsuz da Arifi hədəf olaraq seçən Elnur bu sözü də özünə lap bəhanə bilib. Əvvəlcə Arifin başına bir şillə vurub. Arif oradan uzaqlaşmaq istəyəndə arxadan onun belindən tutaraq güləş fəndi ilə yerə çırpıb. Arif yerə yıxılarkən çiyin sümüyünü sındırıb.

Daha əvvəl oğurluğa görə həbs edilən və 2 il həbs cəzası alan Elnur ifadəsində deyib ki, “TikTok”da doğru kişi kimi yaşamağı təbliğ edir.

Həmin gün də Arifi görəndə əsəbiləşib: “Özümü dolandırmaq üçün Bakıda fəhləlik edirəm. “TikTok” da “elnur-lenko” adlı səhifəm var. Mən orada düzgün kişi kimi yaşamağı təbliğ edirəm. Onu şəhər sakini kimi tanıyıram, amma münasibətimiz olmayıb. Özünü qız kimi aparır, qız kimi yeriyir, qəribə paltarlar geyinir. Ona yaxınlaşıb dedim ki, yekə oğlansan, ayıbdır”.

Elnurun bu hərəkətindən sonra Arif polisə üz tutub. Elnur saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Arif Elnuru bağışlayıb. Amma 2 min manat dəymiş zərər tələb edib. Arif isə cəmi 500 manat ödəyib. Zərəri tam ala bilməsə də, Arif Elnurun həbs edilməsini istəməyib. Məhkəmə Elnura 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib.


Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər