top
“Tesla”da çalışan lənkəranlı Sənan: “Gecə və həftəsonları da işləmək lazımdır” – ÖZƏL MÜSAHİBƏ
17 noyabr 2024, 23:44
- ↺ +

“Tesla”da çalışan lənkəranlı Sənan: “Gecə və həftəsonları da işləmək lazımdır” – ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Bir neçə dəfə iş yoldaşlarıma Azərbaycan mətbəxi barədə məlumat vermişəm”.

Cenublu.az-ın əməkdaşı “Tesla”da işləyən azərbaycanlı Sənan Axundzadə ilə müsahibə edib.

Məlumat üçün qeyd edək ki, Sənan Axundzadənin atası İlham Axundov Vaterloo Universitetinin yeganə azərbaycanlı professoru, Riyaziyyat və Biznes proqramları direktorudur. 2016-cı ildə elmi, pedaqoji və diaspor fəaliyyətinə görə İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

Sənan Axundzadə ilə müsahibəni təqdim edirik:

- Sənan bəy, öncə özünüzü təqdim edin.

- 1996-cı ildə Bakı şəhərində, ziyalı bir ailədə dünyaya gəlmişəm. Əslən Lənkəran rayonunun Boladı kəndindənəm. Uşaqlığım Azərbaycanda başlasa da, atamın işi ilə bağlı ailəmlə birlikdə çox erkən yaşda ABŞ-a köçdük. Ondan sonra bir neçə fərqli ölkələrdə yaşamaq imkanım oldu – Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Kanada kimi yerlərdə fərqli mədəniyyətlərə bələd oldum. Bu fərqli mədəniyyətlərin təsirində böyümək mənə geniş dünya görüşü qazandırdı və hər birindən yeni təcrübələr öyrəndim. Hazırda isə Kaliforniyanın San-Fransisko şəhərində yaşayıram. Yüksək texnologiya və innovasiya sahəsində dünya liderlərindən biri olan "Tesla" şirkətində çalışıram.

- Təhsil yolunuz harada başlayıb?

- Təhsilimə (hazırlıq sinfi) İstanbulda başladım. Lakin az sonra ailəm Kanadaya köçdü və təhsilimi orada davam etdirdim. Kanada təhsil sistemi mənim üçün çoxşaxəli və zəngin bir təcrübə oldu. Orada təhsil alarkən həm akademik, həm də fərdi olaraq inkişaf etdim. Bu sistem mənim fərqli düşüncə tərzlərini anlamağıma və dünyaya daha açıq baxış qazandırmağıma imkan verdi.

- Bəs bakalavr təhsilinizi harada və hansı ixtisas üzrə aldınız?

- Bakalavr təhsilimi Kanadanın nüfuzlu Vaterloo Universitetində mexaniki mühəndislik üzrə aldım. Uşaqlıqdan texnologiyaya olan marağım bu sahəni seçməyimə səbəb oldu. Vaterloo Universitetinin məşhur Сo-op proqramı vasitəsilə həm təhsil aldım, həm də müxtəlif şirkətlərdə iş təcrübəsi keçdim. Bu, mənim üçün unikal bir fürsət idi: dərslərdə öyrəndiklərimi real iş mühitində tətbiq etməklə yanaşı, gələcək karyeram üçün də möhkəm bir təməl yaratdım. "Tesla"ya ilk dəfə Сo-op proqramı vasitəsilə daxil oldum və bu, şirkətdə daimi işə qəbul olunmağımda mühüm rol oynadı.

- Yönəldiyiniz sahəyə uşaqlıqdan marağınız vardı?

- Bəli, texnologiya və mühəndisliyə marağım uşaqlıqdan yaranıb. Xüsusilə elektronika və robototexnika diqqətimi çəkirdi. Kiçik yaşlarımda bir çox cihazları söküb necə işlədiklərini öyrənməyə çalışırdım. Ailəm bu marağımı dəstəkləyərək mənə müxtəlif kitablar və resurslar verdi. Bu maraq mənim həyatımın ən vacib istiqamətlərindən birinə çevrildi və gələcəkdə mühəndislik karyerasına yönəlməyimə səbəb oldu.

- “Tesla”da işləmək üçün siz müraciət etmişdiniz, yoxsa dəvət aldınız?

- "Tesla"da işləmək arzusu tələbə olduğum vaxtlardan məndə formalaşmışdı. Şirkətin texnologiya və innovasiyaya verdiyi dəyər mənim üçün çox cəlbedici idi. 2018-ci ildə, hələ tələbə ikən özüm "Tesla"ya müraciət etdim və müsahibə mərhələlərindən uğurla keçdikdən sonra şirkətə işə qəbul oldum. Texnologiya dünyasında qabaqcıl bir şirkətdə çalışmağım həm texniki biliklərimi artırdı, həm də peşəkar inkişaf yolumda mühüm addım oldu. Bu, mənim mühəndislik sahəsinə və qabaqcıl texnologiyalara olan marağımın nəticəsi idi.

- İş yoldaşlarınızla münasibətiniz necədir? Azərbaycanlı olduğunuzu bilirlərmi?

- Bəli, mənim iş yoldaşlarım mənim azərbaycanlı olduğumu bilir və mən bu faktla fəxr edirəm. Həmkarlarıma Azərbaycanın mədəniyyəti, tariximiz və inkişafımız barədə həvəslə danışmağı sevirəm. "Tesla"da çox mədəniyyətli bir iş mühitində çalışmaq həm kimliyimi qorumağa, həm də zəngin təcrübə mübadiləsi aparmağa imkan yaradır. Hətta bir neçə dəfə iş yoldaşlarıma Azərbaycan mətbəxi barədə məlumat vermişəm. Anamın yazdığı "Shola's Heirloom Cuisine: 101 Recipes from Azerbaijan and Around the World" kitabı Azərbaycan və dünya mətbəxindən müxtəlif reseptləri özündə əks etdirir. Bu kitabı dostlarıma təqdim edərək, Azərbaycan mədəniyyətini daha çox tanıtmağa çalışıram.

- İş saatlarınız necədir?

- "Tesla"da iş saatları çox dinamik və çevikdir. Biz yüksək keyfiyyətli işə meyilli bir komandada çalışırıq və bəzən iş saatlarımız standart vaxtı keçə bilir. Layihənin tələblərinə görə, gecələr və həftəsonları da işləmək lazım olur. Lakin bu tip qrafiklər mənə motivasiya verir, çünki gördüyüm işlərin nəticəsini görmək və dünyaya yeni məhsullar təqdim etmək hədsiz dərəcədə məmnunluq yaradır.

- “Tesla”da işçinin bir günü necə keçir? Onu təsvir edərdiniz.

- "Tesla"da işçinin bir günü çox sürətli və dolğun keçir. Səhər saatlarında komandamızla birgə yığıncaqlar təşkil olunur, layihələrin gedişi müzakirə edilir və yeni ideyalar irəli sürülür. Hər bir mühəndis gün ərzində öz sahəsində işinə davam edir. Mən texniki məsələləri həll edirəm, yeni dizaynlar hazırlayıram və prototiplər üzərində çalışıram. Axşam saatlarında görülən işlər qiymətləndirilir və növbəti mərhələlərə hazırlıq görülür. Bu, çox sürətli, lakin maraqlı bir mühitdir, çünki hər gün yeni problemlər və çağırışlarla qarşılaşırıq və bu, işimizi daha maraqlı və zəngin edir.

- Bundan sonrakı karyeranızla bağlı planınız nədir?

- Gələcəkdə daha mürəkkəb və böyük mühəndislik layihələrində iştirak etməyi hədəfləyirəm. Xüsusilə süni intellekt, robototexnika və elektrik nəqliyyatı kimi sahələrdə dərin biliklərə yiyələnmək istəyirəm. Bu sahələrin gələcəkdə çox böyük potensiala sahib olduğunu düşünürəm və öz təcrübəmi yeni mühəndislərlə və texnologiya həvəskarları ilə paylaşmaq arzusundayam.

 

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:27

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Oxşar xəbərlər